“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir

“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir
03.08.2026 10:00

Vinisiusun gələcəyi “Real”da həlledici danışıqlardan asılıdır.

TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Vinisius Junior yaxın günlərdə klub rəhbərliyi ilə yeni müqavilə ilə bağlı həlledici danışıqlar aparacaq.

Məlumata görə, braziliyalı futbolçu avqustun 2-də axşam saatlarında Madridə qayıdıb və bu gün baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayacaq. Vinisius əvvəlcə baş məşqçi ilə görüşəcək, daha sonra isə klub rəhbərliyi ilə müqavilə məsələsini müzakirə edəcək.

Hazırkı müqavilənin müddəti daha 11 ay qüvvədədir. “Real” komandasının aparıcı oyunçularından birini heyətdə saxlamaq niyyətində olsa da, futbolçunun irəli sürdüyü maliyyə tələblərinə uyğun olaraq son təklifini yaxşılaşdırmağa hazır deyil.

Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, “kral klubu” Vinisiusu gələn il pulsuz itirməmək üçün onu bu yay transfer pəncərəsində satmaq variantını nəzərdən keçirə bilər.

Qeyd edək ki, Vinisius 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 22 qola imza atıb. Daha əvvəl futbolçu ilə İngiltərənin “Arsenal” klubunun maraqlandığı bildirilmişdi.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Строится новая империя... — Работают над НЕВЕРОЯТНЫМ СЦЕНАРИЕМ XXI века 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 В Агдере подорвалась мина — ЕСТЬ ПОСТРАДАВШИЕ 11:34 Джеки Чан прибыл в Баку 11:25 Два двоюродных брата, приехавшие из Москвы в Баку на свадьбу, утонули в море 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Эпоха завершилась: Брэд Хант завершил карьеру 10:41 Утверждения о «Беркане» оказались несостоятельными: Возинья находится в Чили 10:34 Золото начало неделю с роста 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Цены на нефть упали более чем на 5% 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 МЧС: На прошлой неделе было осуществлено 861 выезд на пожар, спасены 59 человек 09:55 Состоится экзамен по способностям для желающих поступить на журналистику 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Не согласился на снижение зарплаты, расставание стало неизбежным 09:23 Все новости