Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir”

Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir”
10.08.2026 09:59

“Formula 1”in sabiq pilotu və “Aston Martin”in səfiri Pedro de la Rosa həmyerlisi Fernando Alonsonun Britaniya komandasında çıxışını davam etdirəcəyinə ümid etdiyini bildirib.

TodayPress TV “Daily Express”ə istinadən xəbər verir ki, De la Rosa eyni zamanda Alonsonun komanda yoldaşı Lans Stroll ilə münasibətlərini də yüksək qiymətləndirib.

“Bir dost kimi mən də onun qalmasını istəyirəm. Fernando Lansla komanda yoldaşı kimi əla işləyir. Onlar bir-birlərinə qarşı çox açıqdırlar. Düşünürəm ki, onların münasibəti həqiqətən də xüsusidir. Fernandonun karyerasının sonuna yaxınlaşması, Lansın isə qarşıda uzun karyerasının olması da öz rolunu oynayır.

Fernando artıq nəyisə gizlətməli və ya hansısa hiylələrə əl atmalı olduğu vəziyyətdə deyil. O, sadəcə çox açıqdır. Düşünürəm ki, Lans bunu başa düşür və onlar həqiqətən də çox yaxşı yola gedirlər. Bu isə olduqca vacibdir.

Ümid edirəm ki, o qalacaq. Amma hansı qərarı verməsindən asılı olmayaraq, yenə də mühüm rol oynayacaq. O, bizim üçün çox böyük dəyərdir. Əgər səfir kimi qalarsa, əminəm ki, bu işi məndən daha yaxşı görəcək!

Sadəcə ümid edirəm ki, o, avtoidmanda, “Formula-1”də qalacaq. Çünki burada qalmasa belə, şübhəsiz, başqa çempionatda yarışacaq. “Formula-1”də isə o, hələ də yaxşı nəticə qazanmağa layiqdir. Bundan sonra isə onun getməsinə icazə verəcəyik”, – deyə de la Rosa bildirib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Хаменеи умер с середины марта — УТВЕРЖДЕНИЕ 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 Ильхам Алиев выразил благодарность Масуду Пезешкиану 11:05 Пезешкиан заговорил на азербайджанском языке, подвергся критике 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Азербайджан потерял Борчалы? 10:29 Произошло 925 пожаров: МЧС спасло жизни 43 человек 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Жертвы «еврея» из Баку: сенсационные имена — депутат, бизнесмен, состоятельные женщины… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Британское ископаемое сокровище стоимостью в миллионы фунтов стерлингов продано в Абу-Даби 09:19 Все новости