“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”

“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”
11.08.2026 13:45

21 yaşlı rusiyalı tennisçi, “World Tennis” (ITF) səviyyəsində iki turnirin finalçısı Ruslan Tyukayev ATP turunun iştirakçıları və tennisdəki kumirləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Tyukayev uşaqlıqda Rocer Federerin oyun tərzinə heyran olduğunu bildirib. O, daha sonra Novak Cokoviçin əzmkarlığından və Rafael Nadalın mental gücündən nümunə götürdüyünü qeyd edib.

“Uşaqlıqda oyununun gözəlliyinə və rahatlığına görə Rocer Federeri özümə nümunə götürürdüm. Sonra bir müddət Cokoviçə baxırdım – onun nə qədər əzmkar olduğunu görürdüm. Nadalın da mentalitetindən bir qədər nümunə götürürdüm. Onun psixoloji gücü inanılmazdır. İnsan tamamilə tükənmiş vəziyyətdə olsa belə, yenə də mübarizə aparır. Buna görə də hər birindən müəyyən xüsusiyyətləri götürməyə çalışmışam”, – deyə tennisçi bildirib.

Tyukayev hazırda izləməkdən ən çox zövq aldığı tennisçinin Karlos Alkaras olduğunu söyləyib:

“Hazırda oyunlarını izləməyi ən çox sevdiyim tennisçi Karlos Alkarasdır. Məsələn, Aleks de Minora da baxa bilərəm, çünki o, inanılmaz fiziki formadadır, qaçır və yorulmur. Amma Karlos tamam başqa səviyyədir. O, hər şeyi bacarır: topu oyunda saxlaya, sürəti artıra, lazım olan anda qısa zərbə vura və servis edə bilir. Sadəcə, ideal oyunçudur”.

Rusiyalı tennisçi Alkarasın “Böyük üçlük”ün ən yaxşı vaxtlarındakı üzvləri ilə qarşılaşmasının da maraqlı olacağını vurğulayıb.

“Çox maraqlı olardı ki, onun həmin üçlüyün pik dövründəki nümayəndələrinə qarşı necə oynadığını görəydik. Çox maraqlı matçlar alınardı”, – deyə Tyukayev əlavə edib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Удар дрона по автомобилю в Ливане: есть раненые 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Объявлены цели России в Украине — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 Столкнулись фура и легковой автомобиль, есть пострадавшие — ФОТО 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 ТАК Трамп сбежал из Турции после угрозы покушения 12:57 Sabah hava necə olacaq ? 12:42 Уиткофф сделал заявление по поводу Нахчывана 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Все новости