Ali Tsokayev Macarıstanda da çempion oldu

Ali Tsokayev Macarıstanda da çempion oldu
17.07.2026 10:58

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ali Tsokayev (92 kq) amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.

Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, A. Tsokayev bu il həm U-23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlib. C.Hacıyev həlledici görüşdə monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.

Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonsalesə uduzub – 0:5.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Началась встреча между Джейхуном Байрамовым и Сергеем Лавровым 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Три пролива, в которых задохнется мир — новые войны вспыхнут в этих трех точках 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Беспощадный лик войны: в Иране озвучены биланчо последней недели 12:26 Что стоит за ударами Ирана по Сирии? 12:12 Путин и Трамп пошли войной друг на друга: «Раз уж ты не можешь победить Иран...» 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Россия с завтрашнего дня введет запрет в отношении Турции 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 «Mercedes» предал немцев — сердце будет «китайским» 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Секретная служба в действии: отравили «черный ящик» Путина 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Верховный суд: вы можете вернуть деньги за недостающую площадь в квартире 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 Война на Ближнем Востоке выходит из-под контроля: в Сирии нанесен удар по центру спецопераций 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 США отправляют делегацию в Армению 09:43 Финал ЧМ-2026 Испания – Аргентина может быть отложен: ПРИЧИНА 09:34 На нефтяных биржах продолжается рост цен 09:29 Все новости