Ali Tsokayev Macarıstanda da çempion oldu

Ali Tsokayev Macarıstanda da çempion oldu
17.07.2026 10:58

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ali Tsokayev (92 kq) amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.

Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, A. Tsokayev bu il həm U-23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlib. C.Hacıyev həlledici görüşdə monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.

Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonsalesə uduzub – 0:5.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 ABŞ Ermənistana nümayəndə heyəti göndərir 09:43 DÇ-2026-nın İspaniya – Argentina finalı təxirə salına bilər: SƏBƏB 09:34 Neft birjalarında bahalaşma davam edir 09:29 ABŞ üçün təhlükə siqnalı: Güclü istilər, daşqın və tüstü 09:01 Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ Senatı paketi dəstəklədi 08:54 Alimlər proqnoz verdi: "Qan yağışı" yağacaq 08:32 ABŞ İranın beş körpüsünü vurdu - Ölən və yaralananlar var 08:27 Macarıstan prezidenti qanunu imzalamasa, impiçment başlayacaq 08:20 Bütün Xəbərlər