Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı

Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı
17.07.2026 12:33

Rusiya Müdafiə Nazirliyi bildirib ki, iyulun 17-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessada liman infrastrukturu və hərbi obyektlərə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, hücum zamanı yüksək dəqiqlikli silahlar və hücum dronlarından istifadə olunub.

Bildirilir ki, Odessa və Çornomorsk limanlarında Ukrayna ordusu üçün nəzərdə tutulan hərbi yüklərin və yanacaq-sürtkü materiallarının saxlanıldığı obyektlər, həmçinin pilotsuz uçuş aparatlarının istehsalı və yığılması ilə bağlı emalatxana vurulub.

Rusiya tərəfi zərbə nəticəsində hərbi qayığın da məhv edildiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələri isə hücum zamanı Rusiyanın təxminən 8 raket və 130 hücum dronu buraxdığını bildirib. Odessa sakinləri şəhərin bəzi ərazilərində partlayış səsləri və güclü tüstü müşahidə edildiyini bildiriblər.

Ukrayna tərəfinin məlumatına görə, son günlər ərzində Rusiya ordusunun hücumları əsasən ölkənin liman infrastrukturuna yönəlib. Kiyev bildirir ki, bu zərbələr ticarət, ixrac və logistika imkanlarına təsir göstərir.

Rusiya Müdafiə Nazirliyi isə əməliyyatların əsas məqsədinin Ukraynanın hərbi logistikasını, anbarlarını və hərbi təchizatla bağlı obyektlərini sıradan çıxarmaq olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 ABŞ Ermənistana nümayəndə heyəti göndərir 09:43 DÇ-2026-nın İspaniya – Argentina finalı təxirə salına bilər: SƏBƏB 09:34 Bütün Xəbərlər