2026 reqlamentinin sirrini “McLaren” açıqladı!
“McLaren” komandasının texniki direktoru Mark Templ “Formula-1”də 2026-cı il texniki reqlamentinin əvvəlki qaydalardan əsas fərqlərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Auto Hebdo” nəşri məlumat yayıb.
Bldirib ki, şassi baxımından bolidlər əvvəlki illərlə eyni prinsiplərə əsaslansa da, güc qurğusundakı dəyişikliklər tamamilə yeni yanaşma tələb edir.
“Şassi baxımından hər şey əvvəlki kimidir – yenə dörd qara təkər var. Sadəcə, onlar artıq fərqli davranırlar və biz bu fərqləri anlamağı öyrənməliyik. Əslində, bu, eyni prinsipin başqa variantıdır. Güc qurğusu isə həqiqətən fundamental dəyişiklikdir. Bunu belə müqayisə edə bilərəm: əgər daim adi kartof çipsi yemisinizsə, indi sizə yeni dad – məsələn, paprika və ya hisə verilmiş bekon təklif olunur. Mühərrikdəki dəyişiklik isə artıq kartof çipsindən qarğıdalı çipsinə keçid kimidir”, – deyə Templ bildirib.
Namiq HUN