Gənclər üçün ipoteka əlçatmazdır: “Miras artıq ev yox, borcdur”

Gənclər üçün ipoteka əlçatmazdır: “Miras artıq ev yox, borcdur”
19.01.2026 16:35

İpoteka kreditlərinin gənclər üçün getdikcə əlçatmaz olması ciddi problemə çevrilib. Yüksək məbləğli tələblər onların mənzil sahibi olmaq imkanlarını məhdudlaşdırır.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Günay Hüseynova bildirib ki, ölkədə kredit şərtləri, xüsusilə də ipoteka sahəsində vəziyyət son dərəcə ağırdır.


Onun sözlərinə görə, Azərbaycanda təkcə mənzil kreditlərində deyil, ümumilikdə bütün kredit növlərində faiz dərəcələri yüksək və əlverişsizdir:

"Açıq demək lazımdır ki, ölkəmizdə kredit şərtləri bərbad vəziyyətdədir. Xarici ölkələrlə müqayisədə demək olar ki, ən acınacaqlı vəziyyət məhz bizdədir. İnsan kredit götürəndə elə bil bir məhsulu özü üçün, birini də bank və ya mağaza üçün alır. Mənzil bazarında da vəziyyət fərqli deyil.”

İqtisadçı vurğulayıb ki, mənzilin əlçatan olması üçün təkcə kredit mexanizmlərinə yox, əmək haqlarının real səviyyəsinə baxmaq lazımdır. Əgər əmək haqları kifayət qədər yüksək olsaydı, indiki kredit şərtləri belə bu qədər problem yaratmazdı. 

"Xüsusilə gənclər üçün mənzil məsələsi artıq həyatlarının ən ciddi problemlərindən birinə çevrilib. İllər əvvəl ailələrin əksəriyyəti nağd vəsaitlə mənzil ala bilirdisə, hazırda mənzillərin böyük hissəsi kreditlə əldə olunur. Bununla belə, bu vəziyyət gənclərin gələcək perspektivlərini daha da ağırlaşdırır. Əvvəllər ailələr övladına ev miras qoyurdu. İndi isə gənclər gələcək nəsillərə ev yox, borc və ipoteka miras qoyurlar. Miras anlayışı artıq dəyişib".

Ekspertin fikrincə, problemin əsas həlli pul siyasətində və bank sistemində köklü islahatlardan keçir. Hazırkı şəraitdə kredit şərtləri əsasən banklara sərf edir:

"Depozit faizləri ilə kredit faizləri arasında böyük fərq mövcuddur və bu fərq bankların xeyrinə işləyir. Nəticədə nə depozit qoyan, nə də kredit götürən vətəndaş qazanır. Depozit sahibləri nominal gəlir əldə etsələr də, inflyasiya fonunda pullarının real dəyərini itirirlər. Kredit götürənlər üçün isə vəziyyət daha da ağırdır. Hər hansı sağlamlıq problemi, işsizlik və ya gəlir itkisi zamanı vətəndaşa demək olar ki, heç bir real güzəşt tətbiq edilmir ki, bu da sosial baxımdan ciddi risklər yaradır".

Mütəxəssis əlavə edib ki, bank filiallarının və personalın həddindən artıq çoxluğu xərcləri artırır və bu xərclər dolayısı ilə kredit faizlərinə yansıyır. Süni intellekt dövründə bir çox bank əməliyyatlarını texnologiya vasitəsilə həyata keçirmək mümkündür:

"Maaş sistemində də islahatlara ehtiyac  var. Hazırda minimum əmək haqqının 400 manat olması nə məişət krediti, nə də ipoteka üçün yetərli deyil. Bu isə aşağı gəlirli və azbüdcəli vətəndaşları daha da çətin vəziyyətə salır. Düzdür, güzəştli mənzil layihələri mövcuddur, lakin onların da effektivliyi sual altındadır. Bu mənzillərin maklerlər tərəfindən sui-istifadə edilməsinin qarşısını almaq üçün satışa uzunmüddətli qadağalar tətbiq olunmalı, etibarnamə ilə ötürülməsinə ciddi məhdudiyyətlər qoyulmalıdır".

Günay Hüseynova hesab edir ki, yalnız sərt, ardıcıl və sistemli islahatlar həyata keçirildiyi təqdirdə ipoteka və mənzil problemlərinin mərhələli həllindən danışmaq mümkün olacaq.

Türkan İsgəndərli

 TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 Все новости