Ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir

Ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir
09.04.2026 11:12

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil edilib.

Nazirlikdən TodayPress TV-yə verilən xəbərə görə, ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı tədbirlərdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşlərdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.

Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub, tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib.

Bu görüşlərin davamlı olaraq respublikanın digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

TodayPress TV

ФОТО

Ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir — 1
Ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir — 2
Ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir — 3
ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Все новости