Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər

Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər
25.02.2026 09:05

Leyla Əliyeva və Alena Əliyeva fevralın 24-də Quba rayonuna səfər ediblər.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.

Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 1
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 2
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 3
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 4
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 5
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 6
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 7
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 8
Leyla Əliyeva və Alena Əliyeva Qubaya səfər etdilər — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər