Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslər cərimələndi

Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslər cərimələndi
11.07.2025 15:15 Hadisə

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, növbəti tədbirlər zamanı Neftçala rayonu Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən olunub.

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin obyektlərin məsul şəxsləri və daha 2 nəfər barəsində inzibati protokollar tərtib edilib.

Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər