Abşeronda 17 nəfər saxlanıldı - 19 cinayətin üstü açıldı

Abşeronda 17 nəfər saxlanıldı - 19 cinayətin üstü açıldı
24.04.2026 22:30

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.

DİN-dən TodayPress TV-yə verilən xəbərə görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb.

Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, "isti izlərlə" 19 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 56, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 58 fakt aşkarlanıb.

Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib.

Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.

Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən ümumilikdə 6 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 8 motoxuliqan barəsində inzibati tədbir görülüb.

Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Все новости