30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR

30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR
15.07.2026 19:13

30 il əvvəl Bakıda törədilən qətllə bağlı təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək onların hüquq və vəzifələri izah olunub.

Təqsirləndirilənlər barədə seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar verilib.

Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, 1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılarkən məlum olub ki, Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarov qabaqcadan əlbir olan bir qrup şəxs halında "Neftçilər" metro stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşiblər.

Onların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində taksidə gedərkən sürücünü iplə boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

ЛЕНТА НОВОСТЕЙ
15 июля 2026
Zelenski Putinin səfərbərliyi genişləndirəcəyi tarixi AÇIQLADI 21:38 Ukraynanın müdafiə naziri vəzifəsindən ayrılır - Nə baş verir? 21:30 8 700 manatlıq “iPhone”un üzərində Kadırovlar “hədiyyə”dir - VİDEO 21:14 186 ölkədən turist gəldi, amma ümumi say azaldı - Səbəb nədir? 21:01 Rusiya Azərbaycan və Ermənistandan bu addımı gözləyir - “3+3” masasında nə baş verir? 20:50 Dünya çempionatının finalı bu il fərqli olacaq - YENİLİK 20:37 ABŞ İrana genişmiqyaslı zərbə endirdi - Hədəflərin SİYAHISI 20:15 Küləkli havada dənizdə üzmək istəyən gəncin faciəvi sonu 20:22 İran HƏDƏLƏDİ: “Danışıqlar bitdi, cavab verəcəyik!” 20:09 Milli Məclis təsdiqlədi: 50 manat oldu 20:00 Tehranda Çeşmə bazarında etirazlar BAŞLADI - VİDEO 19:52 Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi 19:41 Messinin komandası DÇ-dan uzaqlaşdırılacaq? 19:27 Əskinas dəyişmir, şrift dəyişir - Səbəb Rusiyadır 19:19 30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR 19:12 Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Весь мир говорит о нем: Азербайджанский школьник стал чемпионом мира по кодированию 17:16 Все новости