Rusiya Azərbaycan və Ermənistandan bu addımı gözləyir - “3+3” masasında nə baş verir?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistanın “3+3” regional əməkdaşlıq platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşlərinin keçirilmə ardıcıllığını razılaşdıracağını gözləyir.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ilə bağlı razılıq 2024-cü ilin oktyabrında İstanbulda əldə olunub.
Zaxarova əlavə edib ki, 5 iyun 2026-cı il tarixində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində keçirilən “3+3” platformasının sessiyasında iştirakçılar siyasi məsələlərdən uzaq, qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə dəstək ifadə ediblər.