Slovakiya Prezidenti “Sea Breeze”ə getdi

Slovakiya Prezidenti “Sea Breeze”ə getdi
15.07.2026 18:06

İyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olub.

TodayPress TV xəbər verir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov Slovakiya dövlətinin başçısına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.

Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakinin yaşaması nəzərdə tutulur.

İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.

Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünya miqyasında nadir layihə hesab olunur.

FOTOLAR

Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 1
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 2
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 3
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 4
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 5
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 6
Slovakiya Prezidenti “Sea Breeze”ə getdi — 7
XƏBƏR LENTİ
15 IYUL 2026
Tehranda Çeşmə bazarında etirazlar BAŞLADI - VİDEO 19:52 Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi 19:41 Messinin komandası DÇ-dan uzaqlaşdırılacaq? 19:27 Əskinas dəyişmir, şrift dəyişir - Səbəb Rusiyadır 19:19 30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR 19:12 Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Bütün Xəbərlər