Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır

Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır
22.06.2026 16:09

Son günlər Xəzər dənizinin Azərbaycana düşən hissəsində neft sızması müşahidə olunub. Nəticədə su hövzəsi çirklənib.

TodayPress TV xəbər verir ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi uzun illərdir ki, neft sənayesinin ağır yükünü daşıyır.

Bu dəniz, neft hasilatı, nəqli və emalı nəticəsində getdikcə daha çox çirklənir. Neft ləkələri, ağır metallar və kimyəvi tullantılar suyun təmizliyini pozur, canlıları məhv edir.

Neft çirklənməsinin əsas mənbələri köhnə quyular, tanker qəzaları və çaylar vasitəsilə gələn sənaye tullantılarıdır. Azərbaycan, Qazaxıstan və Rusiya sahillərində neft hasilatı xüsusilə intensivdir. Bu proseslər zamanı baş verən kiçik və böyük sızmalar dənizin dibini və səthini neft filmləri ilə örtür. Qapalı hövzə olduğu üçün Xəzərdə suyun özünü təmizləmə qabiliyyəti məhduddur, çirklənmə illərlə, hətta onilliklərlə qala bilir.

Neft suyun oksigen səviyyəsini kəskin şəkildə aşağı salır. Bu, plankton və bentos orqanizmlərinin kütləvi ölümünə səbəb olur. Onlar isə qida zəncirinin əsasını təşkil edir. Nəticədə balıq populyasiyaları, xüsusilə qiymətli nərə balıqları sürətlə azalır. Bir vaxtlar Xəzərin simvolu sayılan nərə cinslərinin bir çoxu artıq qırmızı kitab siyahısındadır, bəziləri isə tamamilə yox olmaq ərəfəsindədir.

Dənizdə yaşayan nadir heyvanlardan biri Xəzər suitisi də böyük təhlükə altındadır. Son illərdə kütləvi şəkildə suiti cəsədlərinin tapılması da buna sübutdur. 

Neftin tərkibindəki benzol, toluol və ağır metallar balıqların və digər canlıların orqanizminə daxil olur problemlərə və kütləvi ölüm hallarına səbəb olur. 

Neft çirklənməsi yalnız suyu deyil, dəniz dibini və sahil torpaqlarını da zəhərləyir. Çirkli çöküntülər illərlə orada qalır və ikinci dərəcəli çirklənmə mənbəyinə çevrilir. Dənizin səviyyəsinin enməsi ilə birlikdə bu problem daha da dərinləşir. Quruyan ərazilərdən neft qalıqları və duzlu toz fırtınaları qalxır, ətraf mühiti daha da pisləşdirir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər vəziyyət dəyişməsə, Xəzər Aral dənizinin taleyini təkrarlaya bilər. Artıq bəzi sahil bölgələrində “ölü zonalar” yaranıb, burada demək olar ki, heç bir canlı qalmayıb.

Qeyd edək ki, həmin əraziyə helikopter və gəmilərin cəlb olunması ilə bağlı monitorinq aparılıb. Sızmaya səbəb sualtı boru kəmərlərindən birinin nasazlamasıdır. "Azneft" İB-nin aidiyyəti xidmətlərinə daxil olan ilkin siqnallardan sonra helikopter və gəmilərin cəlb olunması ilə aparılan monitorinqlər ərazidə neft ləkəsinin formalaşdığını təsdiqləyib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən rəsmi açıqlamalara görə, ilkin mərhələdə sızma nöqtəsi vizual olaraq görünmədiyi üçün bir neçə ehtimal nəzərdən keçirilsə də, dərin diaqnostik yoxlamalar çirklənmə mənbəyinin sualtı boru kəmərlərindən biri olduğunu üzə çıxarıb. Şirkət rəsmiləri dərhal həmin xətt üzrə neftin nəqlini tamamilə dayandıraraq "Azneft" İB nəzdində operativ qərargah yaradıblar və dalğıc xidmətinin araşdırmaları nəticəsində kəmərdə mexaniki zədələnmə aşkarlanıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
09 августа 2026
Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 Все новости