Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi

Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi
13.06.2025 15:30

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə FHN-dən TodayPress TV-yə verilən xəbərə görə, təlimdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Yusif Sadıqov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, FHK və İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi və əlaqəli fəaliyyətinin təmin edilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 177 nəfərdən ibarət şəxsi heyəti və 30 ədəd texnikası cəlb edilib.

FOTOLAR

Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 1
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 2
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 3
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 4
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 5
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 6
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 7
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 8
Abşeronda kompleks mülki müdafiə təlimi keçirildi — 9
XƏBƏR LENTİ
09 AVQUST 2026
Diametri 330 metr olan asteroid Yerin yaxınlığından keçəcək 01:59 Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Bütün Xəbərlər