Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”

Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”
23.06.2026 16:28

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında hansı peşələrin gələcəyinin daha parlaq olacağı ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bir çox valideyn və abituriyent hesab edir ki, gələcəyin ən təhlükəsiz və perspektivli sahələri kompüter mühəndisliyi, proqramlaşdırma və informasiya texnologiyaları ilə bağlı ixtisaslardır. 

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bu yanaşmanın birtərəfli olduğunu düşünür.


Ekspertin sözlərinə görə, süni intellektin inkişafı nəticəsində məhz kompüter və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər də ciddi rəqabətlə üzləşə bilərlər.

"Hamı deyir ki, süni intellekt dövrüdür, məhz buna görə də kompüter yönümlü ixtisaslara istiqamətlənmək lazımdır. Amma çoxları nəzərə almır ki, elə süni intellektin təsirinə məruz qalan sahələrdən biri də kompüter mühəndisləri və informasiya texnologiyaları üzrə məzunlar olacaq".

O hesab edir ki, son illərdə bu sahələrə marağın kəskin artması yaxın gələcəkdə əmək bazarında rəqabəti daha da gücləndirəcək.

"Çoxluq bu istiqamətə meyilləndiyi üçün rəqabət artacaq. Nəticədə əmək bazarında daha güclü və peşəkar kadrlar qalacaq. Digərləri isə iş tapmaqda çətinlik çəkəcək və ya ixtisarlarla üzləşəcəklər".

Ramin Nurəliyevin fikrincə, gənclər peşə seçimi zamanı yalnız trendə çevrilmiş sahələrə deyil, öz bacarıq və maraqlarına uyğun istiqamətlərə üstünlük verməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
"Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Все новости