SOS! Tehranın “çirkli havası” Azərbaycana gəlir?

SOS! Tehranın “çirkli havası” Azərbaycana gəlir?
01.12.2025 13:33

Hava keyfiyyətinin monitorinqi ilə məşğul olan İsveçrənin “IQAir” şirkəti Tehranı dünyanın ən çirkli şəhəri elan edib. Çirklənmənin rekord həddə çatması səbəbindən İranın bir sıra şəhərlərində məktəblər və dövlət qurumları bağlanıb.

Bəs qonşu ölkədəki bu vəziyyət Azərbaycana necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov bildirib ki, İranda hava çirklənməsinin əsas səbəbləri köhnə avtomobillər, ucuz yanacaq və sənaye tullantılarıdır.


Onun sözlərinə görə, İranda min nəfərə düşən avtomobil sayı Azərbaycandan çox olsa da, qlobal səviyyədə yüksək göstərici sayılmır:

"Ümumi statistikalara görə, İranda min nəfərə düşən avtomobil sayı 185-dir. Bu göstərici Azərbaycandan yüksək olsa da (Azərbaycanda 152), dünya üzrə çox böyük rəqəm sayılmır. Məsələn, Rusiyada bu göstərici 200-315, Qazaxıstanda 220, orta Avropa ölkələrində isə 650-700 civarındadır. Yəni min nəfərə düşən avtomobil sayına görə İran o qədər də yüksək göstəriciyə malik deyil.

Sadəcə, İranda istifadə olunan avtomobillərin böyük hissəsi köhnə modeldir. Bu avtomobillərdə uzun illər ərzində texnoloji yenilənmə aparılmayıb. İran sanksiyalar altında olduğuna görə, heç bir ölkə onunla texnoloji ticarət etmir. Avadanlıqlar köhnə olduğu üçün avtomobillər çox yanacaq sərf edir. İranda yanacağın da ucuz olması səbəbindən bu avtomobillər çox yandırır və nəticədə atmosferə həddən artıq zərərli qazlar atılır".


Ekoloq əlavə edib ki, Tehran və Təbriz kimi iri şəhərlərdə əhali və nəqliyyat sıxlığı, eləcə də sənaye müəssisələrinin şəhər daxilində yerləşməsi vəziyyəti daha da ağırlaşdırır:

"Tehranda 10 milyona yaxın insan yaşayır, avtomobil sıxlığı isə həddindən artıq yüksəkdir. Hətta yolun bir tərəfindən digər tərəfinə keçmək belə çətinlik yaradır. Bu nəqliyyat sıxlığı hava çirklənməsinə ciddi təsir göstərən əsas amillərdən biridir. Zavod və fabriklərin də şəhər ərazisində yerləşməsi, həmçinin uzun müddət texnoloji yenilənmə aparılmaması atmosferin çirklənməsində böyük rol oynayır".

Ekspert vuğulayıb ki, İranın beynəlxalq təcrid siyasəti davam etdikcə ölkədə hava çirklənməsinin azalma ehtimalı da real görünmür. Avtomobil parkının yenilənməsi və elektrik nəqliyyatına keçid üçün uzun illər tələb olunur.

Onun sözlərinə görə, Tehranla Bakı arasındakı 800 kilometr məsafə səbəbilə çirklənmiş havanın Azərbaycana ötürülməsi ehtimalı çox aşağıdır. Burada əsas faktorlardan biri küləyin istiqamətidir.

Belə ki, külək cənubdan şimala doğru istiqamətləndiyi zaman müəyyən həcmdə keçmə ehtimalı var. Lakin qazların xüsusi çəkisi yüngül olduğundan belə məsafəni qət etmələri çətindir: 

"Azərbaycanda da hava çirklənməsinin əsas səbəblərindən biri avtomobil nəqliyyatıdır. Ölkədə 10 il və daha çox yaşı olan avtomobillərin sayı 70%-dən çoxdur. Xüsusilə 20 il və daha çox yaşı olan avtomobillər 40%-ə yaxındır. Bu isə Bakıda və digər şəhərlərdə hava çirklənməsinə ciddi təsir göstərir.

Burada əsas həll yollarından biri elektrik nəqliyyatına keçidin sürətləndirilməsi, müasir avtomobillərin alınması üçün vətəndaşlara imkanların yaradılmasıdır. Bu həm yanacaq sərfiyyatını azaldar, həm də hava mühitinin təmizlənməsinə mühüm töhfə verər", - deyə Sadiq Həsənov fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Все новости