Sədr: “Məqsədimiz yeni yol layihələrinin ətraf mühitə təsirinin minimuma endirilməsidir”

Sədr: “Məqsədimiz yeni yol layihələrinin ətraf mühitə təsirinin minimuma endirilməsidir”
13.08.2025 16:34

"Mütəmadi olaraq müxtəlif infrastruktur layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) prosesi çərçivəsində ictimai dinləmələr keçirilir".

TodayPress TV xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bu gün keçirilən ictimai dinləmədə səsləndirib.

Onun sözlərinə görə, bu müzakirələr “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, media nümayəndələri və ictimaiyyətin iştirakı ilə keçirilir. Ekspertlər və maraqlı tərəflər öz irad və təkliflərini birbaşa təqdim edə və suallarına yerində cavab ala bilirlər.

O əlavə edib ki, bu proses beynəlxalq hüququn da tələblərinə uyğundur:

“Məsələn, Orxus Konvensiyası ətraf mühitə dair məlumatlara ictimaiyyətin çıxışını təmin edir. Azərbaycan da bu konvensiyanın tərəfidir və hər bir vətəndaşın bu informasiyalara çıxış hüququ var. Hazırda ictimai müzakirədə olan layihələrdən biri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsidir. Layihə çərçivəsində yol tikintisinin ətraf mühitə təsiri, xüsusilə yaşıllıqların, ağacların qorunması məsələsi ön plandadır”. 

Ekoloq diqqətə çatdırıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihə icraçılarına ağacların qorunmasını əsas şərt kimi qoyub:

“Əgər kəsilmə labüddürsə, köçürülməsi mümkün olmayan ağacların əvəzinə bir neçə yeni ağac əkilməsi tələb olunur. Ətraf mühitin qiymətləndirilməsi üzrə ekspertlər bu məsələləri yerində araşdıraraq hesabatlar hazırlayır”.

Qeyd edək ki, müzakirə edilən digər layihələrdən biri də Ələt Azad İqtisadi Zonasında inşa edilməsi planlaşdırılan yeni hava limanı istiqamətində tikiləcək yol qovşağı ilə bağlıdır. Burada digər layihə isə Pirsaatçay çayının məcrasının dəyişdirilməsinə yönəlib. Amin Məmmədov bildirib ki, hava limanına olan yol layihəsi elə planlaşdırılmalıdır ki, çayın yüzillik təbii məcrasına zərər vurulmasın və ümumi ekosistemə mənfi təsir yaranmasın.

O vurğulayıb ki, müzakirələrin əsas məqsədi sifarişçi və podratçı qurumların layihəyə dair bütün məlumatları şəffaf şəkildə təqdim etməsi, ictimaiyyətin və mütəxəssislərin rəy və suallarının nəzərə alınmasıdır:

“Bu sahədə təcrübəsi və biliyi olan mütəxəssislər, o cümlədən mən də yerində suallar verərək cavab alırıq. Məqsəd, layihələrin ətraf mühitə təsirinin minimuma endirilməsi və ictimai maraqların qorunmasıdır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 AVQUST 2026
ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Bütün Xəbərlər