Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı

Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı
14.07.2025 15:30

KOB-ların "yaşıl keçid"i üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə indiyədək 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

TodayPress TV xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün bəyannaməyə dair təqdimat mərasimində bildirib.

“KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 60-a yaxın nümayəndəsi iştirak edib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb. Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

O. Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edən bəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqi istiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institutsional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib. İnstitutsional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq.

FOTOLAR

Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı — 1
Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı — 2
Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı — 3
Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlandı — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər