Sabahdan bu rayonlarda qaz olmayacaq

Sabahdan bu rayonlarda qaz olmayacaq
04.08.2026 14:40

Sabahdan etibarən 16 gün ərzində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-i saat 18:00-dan avqustun 20-də qədər işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Т-72: Самый долговечный образец советской бронетехники 17:12 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Неожиданный трансфер! Перес раскрыл секрет «Ред Булл» 15:55 Нетаньяху поднимает армию на ноги — кто под прицелом: Иран, Ливан, Газа или Сирия? 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 В Италии после землетрясения остановлено движение поездов 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Забытый памятник древнего Иревана: как изменилась история мечети Раджаб-паши? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Оставалось совсем немного до удара по Украине — ВЫСКАЗАЛСЯ ИРАНСКИЙ ГЕНЕРАЛ 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Президент утвердил изменение в Таможенный кодекс 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Лимит на перевод с карты на карту: как это повлияет на благотворительные кампании? 14:20 Все новости