Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda

Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda
30.06.2026 15:04

TANAP-ın istismara verilməsindən ötən 8 il ərzində qeydə alınan 100 milyard kubmetrə yaxın nəql həcmi Azərbaycanın qlobal enerji xəritəsindəki yerini möhkəmləndirir. 

Bu uğur fonunda sual yaranır, ölkəmizin ümumilikdə nə qədər qaz ehtiyatı var, bu mavi yanacaq hansı coğrafiyaları isidir?

Rəsmi geoloji məlumatlara və SOCAR-ın hesabatlarına əsasən, Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. Yeni kəşfiyyat işləri və potensial strukturlar nəzərə alındıqda isə proqnozlaşdırılan rəqəmin 3 trilyon kubmetrdən çox olduğu bildirilir. Bunun əsas onurğa sütununu təkbaşına 1 trilyon kubmetrdən çox ehtiyata malik olan "Şahdəniz" yatağı təşkil edir. Son illərdə istismara verilən "Abşeron" və "Ümid" kimi digər yataqlar, eləcə də gələcək üçün nəzərdə tutulan "Babək" strukturu ölkəmizin hasilat potensialının davamlılığını sığortalayır.

Bu zənginliyin paylandığı coğrafiya isə ilbəil genişlənir. Azərbaycan artıq sadəcə regional deyil, qitə miqyaslı əsas qaz tədarükçülərindən birinə çevrilib. Hazırda Bakıdan çıxan boru kəmərləri, xüsusilə Cənub Qaz Dəhlizi (TANAP və TAP zənciri) vasitəsilə 10-dan çox ölkəyə mavi yanacaq nəql edilir. Bu ölkələrin başında ən böyük strateji tərəfdaşımız olan Türkiyə və qonşu Gürcüstan gəlir. Avropa İttifaqı məkanında isə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi ölkələr öz enerji təhlükəsizliyini təmin etmək üçün getdikcə daha çox Azərbaycan qazına güvənirlər. İldən-ilə Avropaya ötürülən illik həcmlər artır.

Ən maraqlı məqam isə bu ehtiyatların ömrü ilə bağlıdır. Enerji ekspertlərinin və iqtisadçıların hesablamalarına görə, mövcud qaz resursları Azərbaycanın həm daxili tələbatını, həm də beynəlxalq ixrac öhdəliklərini ən azı növbəti 100 il ərzində tam təmin etmək gücündədir. Hazırda ölkədə illik ümumi qaz hasilatı təxminən 50 milyard kubmetr civarındadır və bunun 13-14 milyard kubmetri daxili daxili bazara yönəlir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
30 июня 2026
İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Первая леди лично выступила с инициативой по искусственному интеллекту — ПОДРОБНОСТИ 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Мехрибан Алиева опередила процессы — Азербайджан не разделит участь этих стран 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Любовь Фаризы к Ильхаму стала главным праздником молодости — Империя пала жертвой пули, выпущенной в эту любовь 14:52 Расстрелял людей в Ходжалы и возглавил Армению — Азербайджан объявил его в розыск: досье на президента-убийцу 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 18-й в мире, 5-й в Европе: на самом длинном туннеле Азербайджана наводят финальный марафет 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 У Пашиняна траур, он срочно отправляется в Иран 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Все новости