NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu
02.04.2026 10:34

Naxçıvan Dövlət Universitetində (NDU) Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olunub.

TodayPress TV xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsilinin inkişafına yönəlmiş yeni alınan kitabların təqdimatında iştirak edib.

Rektor qeyd edib ki, müasir standartlara cavab verən bu avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacaq. Bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində fakültənin Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb.

Belə ki, Anatomiya kabinəsi müxtəlif orqan və toxuma modelləri, plakatlar və skeletlərlə təchiz edilib. Histologiya kabinəsi DNT və RNT modelləri, hüceyrə quruluşunu əks etdirən vəsaitlər və müxtəlif preparatlar ilə təmin edilib.

Mulyaj-simulyasiya kabinəsində stimulyatorlar və müxtəlif sistemlərin işləmə mexanizmini nümayiş etdirən elektron modellər quraşdırılıb. Stomatoloji simulyasiya kabinəsi isə dəyişilə bilən alt və üst çənə diş modelləri, tikiş sapları və müvafiq alətlərlə təmin olunub.

Fiziologiya laboratoriyası EEQ (elektroensefaloqrafiya) və EKQ (elektrokardioqramma) cihazları, həmçinin eksperimental tədqiqatlar üçün zəruri vasitələrlə təchiz edilib.

Əczaçılıq laboratoriyası üçün liofilizator, titrometr, pH-metr, avtomatik pipetlər, refraktometr, soxslet ekstraktoru, quru qızdırıcı, su hamamı, filtrlər, sınaq şüşələri, çini həvənglər, bitki xammallarından çıxarışların alınması üçün reaktivlər, eləcə də suppozitoriya və kapsul hazırlanması üçün qəliblər alınıb.

Kimya laboratoriyası biokimya üzrə aparılacaq təcrübələr üçün zəruri reaktivlərlə təmin olunub.

Mikrobiologiya laboratoriyası paster sobası, quruducu şkaf, qidalı mühitlər, mikroorqanizmlərin kultivasiyası üçün avadanlıqlar, antibiotik diskləri və digər reaktivlərlə təchiz edilib.

Stomatoloji texniki laboratoriya isə diş ölçülərinin götürülməsi və ekstraksiyası üçün tələb olunan alətlərlə, o cümlədən kəlbətin və elevator dəstləri ilə təmin olunub.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində həmçinin NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.

TodayPress TV

ФОТО

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 1
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 2
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 3
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 4
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 5
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 6
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 7
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 8
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 9
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 Все новости