"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"
07.07.2026 13:34

Azərbaycanın tanınmış milyonçularından və xeyriyyəçilərindən olan Yusif ağa Dadaşov XIX əsrin sonu – XX əsrin əvvəllərində əldə etdiyi sərvətin böyük hissəsini xalqın maariflənməsinə və milli-mədəni dəyərlərin qorunmasına sərf etmiş şəxsiyyətlərdən biri kimi xatırlanır.

TodayPress TV xəbər verir ki, onun maliyyə dəstəyi ilə Qori Müəllimlər Seminariyasının azərbaycanlı şöbəsi, "Qız məktəbi", Bakı–Batum neft kəməri və Bakı Dumasının binası kimi mühüm layihələrə töhfələr verildiyi bildirilir. 

Dadaşovun həmçinin Maksim Qorkinin, Dmitri Mendeleyevin və neft geoloqu İvan Qubkinin Bakıya səfərlərinin maliyyələşdirilməsində iştirak etdiyi qeyd olunur.

Xeyriyyəçi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına da xüsusi önəm verib. Onun təşəbbüsü ilə Bibiheybət məscidi bərpa olunub, həmçinin Buxara əmirinin Moskvada inşa etdirdiyi məscidə qiymətli xalılar və qırxçıraqlı qəndil hədiyyə edilib.

Mənbələrdə qeyd olunur ki, Yusif ağa Dadaşov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması prosesinə və milli hərəkatın inkişafına maddi dəstək göstərib. 1918-ci ilin Mart hadisələri zamanı isə silahlı dəstəsi ilə Bakıda azərbaycanlıların müdafiəsində iştirak edib.

Rəvayət edilən məşhur hadisəyə görə, silah gətirən gəmiləri qarşıladıqdan sonra daşnak dəstəsi ilə üz-üzə gələn Dadaşova təslim olmaq üçün qılıncın altından keçmək əmr edilir. O isə bu sözlərlə cavab verir:

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz".

Bildirilir ki, bu cavabdan sonra o işgəncələrlə qətlə yetirilib. Həmçinin qeyd olunur ki, Dadaşov düşməni ləngitməklə silahların əliyalın döyüşən azərbaycanlılara çatmasına şərait yaradıb. Onun məzarının bu günədək müəyyən edilmədiyi bildirilir.

Yusif ağa Dadaşov Azərbaycan tarixində yalnız varlı sahibkar kimi deyil, həm də xeyriyyəçi, vətənpərvər və milli dəyərlərə bağlı şəxsiyyət kimi xatırlanır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июля 2026
Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 «Провожая нас, вылили не воду, а молоко» Является ли монгольское мясо харамом? 15:24 Снести памятник «Мы — наши горы» («Дедушка и бабушка») в Ханкенди и заложить платановый парк — предложение профессора 14:55 Объединяет контроль над вооружениями в одних руках – Проект на миллиарды долларов... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 Почему США не отправляют послов на Южный Кавказ? 14:37 Компании по производству дронов по заказу Зеленского начали производство тысяч БПЛА 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 Израиль не знает границ, Турция поставила его на место — ФОТО 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Радиус смерти во Вроцлаве… – «Сюрприз» времен Гитлера поднял город на ноги 12:47 Все новости