XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı

XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı
07.10.2025 17:28

2025-ci ilin 1-7 oktyabr tarixlərində keçirilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Azərbaycan, rus, ingilis, Ukrayna və fransız dillərində kitab, buklet, liflet, plakat, disklərdən ibarət 279 adda nəşri sərgilənib.

TodayPress TV xəbər verir ki, sərgidə Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılanıb, yüzlərlə yerli və xarici iştirakçı tərəfindən ziyarət edilib.

Ombudsmanın təşəbbüsü ilə “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm” görmə qabiliyyəti tam məhdud şəxslər üçün vəsaiti sərgidə yeganə Brayl əlifbası ilə hazırlanmış vəsait kimi yer alıb. Vəsait ziyarətçilərin, eləcə də naşirlərin böyük marağına səbəb olub. Naşirlər bu cür nəşrlərin hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini, gələcəkdə inklüziv həyatın dəstəklənməsi naminə Ombudsmanın bu təşəbbüsünə qoşulacaqlarını bildiriblər.

Eyni zamanda, Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan, eləcə də Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatlar da sərgidə nümayiş olunub.

TodayPress TV

FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 1
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 2
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 3
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 4
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 5
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 6
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 7
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 8
XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılandı — 9
XƏBƏR LENTİ
04 AVQUST 2026
XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Bütün Xəbərlər