İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02.07.2026 11:13

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.

Bu barədə TodayPress TV-yə Dövlət Komissiyasından məlumat verilib.

Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июля 2026
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Они тоже стали шехидами – Азербайджанской полиции 108 лет 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Внимание! Вы останетесь без воды 12:29 Bağçalara uşaqların elektron qəbulu başlanılır 12:25 Aralarında azərbaycanlılarında olduğu şəxslər Gürcüstandan deportasiya olundu 11:59 В Киеве объявлен траур 11:46 Тиктокерша под псевдонимом «Арзум» была арестована в зале суда 11:34 İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi 11:09 Kiyevə gecə hücumu: Ölənlərin sayı kəskin artdı - VİDEO - YENİLƏNDİ 08:24 Paşinyan Ursula fon der Lyayeni belə qarşıladı - VİDEO 10:57 Отдан срочный приказ: «армия» Ирана ликвидируется – до 30 сентября... 10:55 Mundialda növbəti qarşılaşmalar: İspaniya Avstriya ilə, İsveçrə Əlcəzairlə üz-üzə 10:50 Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin dəvət olunmayacaq 10:41 Евреи поднялись из-за Азербайджана: они объявили войну Израилю 10:34 Тотальное закрытие границ и мобилизация на миллион: Россия договорилась с этими странами 10:30 Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi 10:24 Крым в осаде – 2 миллиона человек на грани голодной смерти 10:20 Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi: Azərbaycan polisinin 108-ci ildönümüdür 09:58 Цены на нефтяных биржах рухнули – удешевление продолжается 09:44 Курс Bitcoin штурмует новый рекорд — ралли цифровых активов продолжается 09:39 Визит Ляйен в Азербайджан подошел к концу 09:20 Avropanın ən qədim şəhərlərindən biri tapıldı 09:04 Все новости