İranda bir gündə nələr baş verdi? - DETALLAR

İranda bir gündə nələr baş verdi? - DETALLAR
16.08.2026 09:35

İranda əsas gündəm mövzuları arasında hərbi sistemdə dəyişiklik, benzin təminatı, internet və VPN bazarı, vergilər, edam hökmünün icrası məsələləri yer alıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, ölkənin hərbi sistemində mühüm dəyişikliklə bağlı xəbər yayılıb. Bildirilir ki, Baş Qərargah ilə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının birləşdirilməsi yeni müdafiə doktrinasının əsas elementlərindən biri kimi nəzərdən keçirilir.

İranda VPN bazarının dövriyyəsi ilə bağlı da diqqətçəkən açıqlama verilib. Prezidentin icra məsələləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənah VPN satışından illik 7-12 trilyon tümən gəlir əldə edildiyini bildirib. O, bu vəsaitlərin kimə çatdığı ilə bağlı sualların olduğunu qeyd edib.

Ölkədə tütün məmulatlarına tətbiq edilən vergilərin artırılması məsələsi də gündəmə gəlib. Siqaretə 75 faizlik vergi tətbiq edilməsi təklif olunur. Məqsədin tütün məhsullarının qiymətini artırmaq və istehlakı azaltmaq olduğu bildirilir.

Kərəcdə isə ölüm hökmü icra olunub. Gülzar yolayrıcında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkum edilmiş Şəhram Sadeqinin edam edildiyi açıqlanıb.

İranda ekologiya ilə bağlı da yeni təşəbbüs irəli sürülüb. Alimlər və elm tutumlu şirkətlər ölkədə su, torpaq və hava çirklənməsinin qarşısının alınması məqsədilə prezidentə yeni elmi idarəetmə modeli təklif ediblər.

Tehranda ictimai nəqliyyatın yenilənməsi istiqamətində işlərin davam etdiyi bildirilib. Paytaxtda avtobus xətlərinin 82 faizinin yeniləndiyi, payızadək əlavə yeni avtobusların xəttə buraxılacağı açıqlanıb.

İranda ərzaq talonlarının yeni mərhələsi də başlayıb. Milli kodunun son rəqəmi 3, 4, 5 və 6 olan ailə başçılarının elektron talon hesablarına vəsait bu səhər yüklənib.

Xürrəmabadda gecə saatlarında silahlı şəxslə bağlı insident də qeydə alınıb. Məlumata görə, silahlı şəxs zərərsizləşdirilib.

Gülüstan əyalətində isə mobil rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı sakinlərin narazılığı hökumət səviyyəsində gündəmə gətirilib.

Urmiya-Salmas yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Məlumata görə, avtomobil yolun qoruyucu baryerinə çırpılıb.

Məşhəddə zəvvarlara göstərilən tibbi xidmətlərin sayı da açıqlanıb. Şəhərdə ümumilikdə 180 min 304 tibbi xidmət göstərildiyi bildirilib.

Tehranda yaşıllıq ərazilərinin vəziyyəti ilə bağlı problem də diqqət çəkib. Sədra yaşayış kompleksində təxminən 6 hektar ərazidə ağacların quruduğu bildirilir. Sakinlər bunu uzun müddətdir davam edən suvarma problemi ilə əlaqələndirirlər.

Benzin təminatı ilə bağlı müxtəlif variantlar da müzakirə olunur. Avtomobili olmayan ailələrə belə ayda 30 litr yanacaq kvotası ayrılması və bu kvotanın bank kartlarına köçürülməsi təklifləri gündəmdədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Bütün Xəbərlər