Mircəfər Bağırovun əşyası 18 min manata satılır

Mircəfər Bağırovun əşyası 18 min manata satılır
19.01.2026 22:20

Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırovun iş otağına aid nadir mebel satışa çıxarılıb.

TodayPress TV "Modern.az"a istinadla xəbər verir ki, sözügedən mebel 1951-ci il istehsalıdır və ondan yalnız bir ədəd hazırlanıb.

Mebeli satışa qoyan şəxslərlə əlaqə saxlanılıb. Onların sözlərinə görə, Mircəfər Bağırovun bu mebelin yanında dayandığını əks etdirən fotoşəkil də mövcuddur. Mebelin çəkisinin 100 kiloqramdan artıq olduğu qeyd edilir.

Əşyanın satış qiyməti 18 min manat olaraq müəyyənləşdirilib. Satışı həyata keçirən şəxslər əvvəlcə mebeli Rusiya bazarına çıxarmağı düşünsələr də, sonda onu Azərbaycan kolleksionerləri üçün təqdim etməyə qərar veriblər.

Məlumata görə, bu mebel Bakıda təsadüfən aşkarlanıb. Onun tarixçəsi barədə məlumatlar isə digər kolleksionerlər tərəfindən təqdim olunub. Qeyd olunur ki, sözügedən mebel təxminən 10 il əvvəl də satışa çıxarılıb.

Xatırladaq ki, Mircəfər Bağırov 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1953-cü ilin aprel-avqust aylarında Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. O, müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Dövlət Siyasi İdarəsinin və Azərbaycan Fövqəladə Komissiyasının rəhbəri vəzifələrində də çalışıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər