İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır

İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır
09.07.2026 13:52

Məcburi hərbi xidmət, peşəkar orduya keçid və xaricdə çıxış edən idmançıların hərbi xidmətlə bağlı üzləşdiyi problemlər yenidən müzakirə mövzusuna çevrilib.

TodayPress TV xəbər verir ki, politoloq İlqar Məmmədov bu mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, dünyanın bir çox ölkəsində məcburi hərbi xidmət təsadüfi səbəblərdən deyil, ciddi ictimai və hərbi zərurətlər nəzərə alınaraq ləğv edilib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik bəzi ölkələrdə çağırış sisteminin bərpası ilə bağlı müzakirələri gücləndirsə də, hələlik bununla bağlı ciddi qərarlar qəbul edilməyib:

"Hərbi xidmətə çağırış çox ölkədə heç də səbəbsiz yerə ləğv edilməyib. Düzdür, beynəlxalq gərginliyin artdığına görə indi həmin ölkələrdə çağırışın bərpasını istəyən səslər güclənib. Amma hələ ciddi addım yoxdur və olacağı da hazırda şübhə altındadır".

Politoloq hesab edir ki, müasir dövrdə məcburi hərbi xidmət modeli ciddi mənəvi böhran yaşayır və bu səbəbdən Qərb ölkələrinin əksəriyyəti illər əvvəl peşəkar ordu modelinə üstünlük verib:

"İndiki dünyada hərbi xidmətə çağırış ciddi mənəvi böhran keçirir və məhz buna görə hələ 50 il əvvəl Qərbdə onu əsasən ləğv etdilər. Rusiya-Ukrayna müharibəsi zamanı yayılan çoxsaylı "adamqaçırma" videoları da bu mənəvi böhranın nə qədər dərin olduğunu göstərir. Bu gün bir azərbaycanlı futbolçunun Albaniyada çıxış etdiyi klubuna qayıda bilməməsi barədə xəbərlər yayıldı. Hərbi xidməti keçmədiyi üçün onu ölkədən buraxmırlar. İdman Nazirliyi, AFFA və Qurban Qurbanov onu buraxmağı xahiş etsələr də. Belə bir fikir var ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaltdığını da nəzərə almalıyıq".

İlqar Məmmədovun fikrincə, çıxış yolu məcburi xidmət müddətinin qısaldılması və peşəkar ordu modelinə keçidin sürətləndirilməsidir.

"İndiki zəmanədə gənc oğlanların həyatının bir ilini məcburi hərbi xidmətdə keçirməsi tamamən məntiqsizdir. Ölkəmiz peşəkar orduya tam keçənə qədər hələlik hərbi təlim üçün daha qısa və hissələrə bölünə biləcək müddətlər müəyyənləşdirilməlidir. Məsələn, Türkiyədə olduğu kimi, altı ay ərzində kifayət qədər hərbi hazırlıq keçmək mümkündür, hətta bu müddəti iki hissəyə bölməklə. Eyni zamanda, Azərbaycanda tam peşəkar orduya keçid prosesi də sürətləndirilməlidir".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
09 июля 2026
Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 В Министерстве внутренних дел обсудили итоги 6 месяцев 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 В Иране прогремели взрывы — СРОЧНО 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Пашинян: Есть два варианта решения вопроса анклавов и эксклавов с Азербайджаном 14:34 Трамп перевернул игру — он ударит по Китаю иранским оружием 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Верховный суд: Камера, следящая за соседом, считается незаконной 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Греция погрузилась в траур из-за Эрдогана: газеты вышли с черными заголовками 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Трамп обрек европейскую тройку на суровое наказание 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Одевшись в китель а-ля Зеленский, Галибаф объявил войну США и пригрозил градом бомб 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 Все новости