FHN-dən xəbərdarlıq: Güclü yağış və külək təhlükə yaradır

FHN-dən xəbərdarlıq: Güclü yağış və külək təhlükə yaradır
27.06.2026 10:14

Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

ЛЕНТА НОВОСТЕЙ
27 июня 2026
Neft bazarında ucuzlaşma – “Azeri Light” gerilədi 12:22 Qadınlar rəngli, kişilər ağ-qara yuxu görür – SƏBƏB 12:07 İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi - Memorandum tapdalandı 11:52 КСИР: По американским базам были нанесены ответные удары 11:41 В Венесуэле ограничили доступ в регион после землетрясения 11:18 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:50 DÇ-2026-da pley-offa yüksələn 28 komanda müəyyənləşdi 10:39 ABŞ İrana gecə zərbəsi endirdi – VİDEO 10:32 Aİ-dən Rusiyaya sərt mesaj: İtkilər olsa da, sanksiyalar davam edəcək 10:17 FHN-dən xəbərdarlıq: Güclü yağış və külək təhlükə yaradır 10:14 Təbii fəlakət Pakistana da təsir etdi: Güclü zəlzələ baş verdi - YENİLƏNDİ 08:51 Evdən çıxmazdan əvvəl oxuyun: Leysan və dolu yağacaq 09:47 Ukrayna Rusiyanın strateji hərbi zavodunu vurdu - VİDEO 09:38 Paşinyanın ən yaxın adamına gözlənilməz zərbə – Partiyada rədd edildi 09:26 Tramp "yeni Amerika pasportu"nu təqdim etdi: Üzərindəki yazı diqqət çəkdi - Foto 09:17 DÇ-2026: İspaniya pley-offa yüksəldi 08:40 Xərçəng xəstəliyindən qorunmaq üçün hansı müayinələr vacibdir? 23:02 Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı 23:00 Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir 22:58 Alimlər kökün ömrü uzatdığını sübut etdilər 22:56 Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq 22:54 Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı 22:42 Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO 21:24 Ayda nüvə elektrik stansiyası tikəcəklər 21:22 Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Все новости