Əlilliyi olan şəxslər üçün avtobusa minib-düşmək işgəncəyə çevrilib

Əlilliyi olan şəxslər üçün avtobusa minib-düşmək işgəncəyə çevrilib
14.05.2026 16:04

"Əlilliyi olan şəxslər üçün avtobusa minib-düşmək bəzən adi bir nəqliyyat istifadəsindən daha çox ciddi maneəyə çevrilir". 

Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib. 


O bildirib ki, məsələ təkcə texniki deyil, şəhər həyatına bərabər çıxış hüququ ilə bağlı fundamental bir məsələdir:

"Bəzi hallarda sürücülərin vaxt itkisinə görə pandusları açmaması narazılıq yaradır, lakin əsas problem fərdi davranış yox, sistemin düzgün qurulmamasıdır. Şəhərdə ictimai nəqliyyatın əlçatan olması sadəcə texniki məsələ deyil, bu birbaşa insanların gündəlik həyata nə dərəcədə rahat qoşula bilməsinin göstəricisidir. Müasir sistemlərdə sürücünün yerindən qalxmadan pandusu idarə edə bilməsi və prosesin saniyələr içində həll olunması vacibdir".

Ekspert əlavə edib ki, problemin həlli sürücünü günahlandırmaqdan çox, sistemi düzgün qurmaqdan keçir:

"İlk növbədə avtobuslarda tam avtomatik pandus sistemi olmalıdır. Həmçinin “kneeling bus” sisteminin tətbiqini də vacib sayır. Bu texnologiyada avtobus dayanacaqda sağ tərəfə əyilərək hündürlüyü azaldır və minik prosesi daha rahat olur. Problem yalnız nəqliyyat vasitəsi ilə məhdudlaşmır, dayanacaqların da standartlara uyğun olmaması əlçatanlığı azaldır. Bəzi dayanacaqlar düzgün layihələndirilmədiyi üçün pandus effektiv işləyə bilmir. Bordürlərin hündürlüyü standart olmadıqda əlil arabası ilə hərəkət etmək çətinləşir".

Adil Nəbiyev sürücülərin iş qrafikinin də bu prosesə təsir etdiyini vurğulayıb. Onun fikrincə, sərt vaxt təzyiqi olan sistemlərdə sürücülər dayanacaqda əlavə prosedurlardan yayınmağa meylli olur:

"Məsələn, mobil tətbiq və ya avtobus daxilində xüsusi düymə vasitəsilə sürücüyə əvvəlcədən bildiriş göndərilə bilər ki, növbəti dayanacaqda pandusa ehtiyac olacaq. Belə olduqda sürücü dayanacağa daha hazırlıqlı yaxınlaşar və proses daha rahat baş verər. Bununla yanaşı, nəzarət sistemi də balanslı qurulmalıdır. Təkcə cərimə yazmaq yox, qaydalara düzgün əməl edən və sərnişinlərlə düzgün davranan sürücülərin təşviq olunması da vacibdir".

Mütəxəssisin sözlərinə görə, nəzarət mexanizmləri təkcə cəza yönümlü olmamalı, düzgün xidmət göstərən sürücülər də təşviq edilməlidir.

Sonda Adil Nəbiyev vurğulayıb ki, əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan rahat istifadə etməsi “əlavə xidmət” deyil, əsas hüquqdur və şəhərin inkişaf səviyyəsi məhz ən həssas qruplar üçün yaradılan şəraitlə ölçülür.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Все новости