Dini ibadətgahlarda anım mərasimləri keçirildi

Dini ibadətgahlarda anım mərasimləri keçirildi
27.02.2026 12:56

Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə ölkədə fəaliyyət göstərən dini icmalar tərəfindən silsilə anım tədbirləri təşkil olunub.

Bu barədə TodayPress TV-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dini konfessiyalara mənsub ibadət məkanlarında faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, mərasimlərdə sülhə və insan həyatının toxunulmazlığına dair çağırışlar səsləndirilib.

Fevralın 26-da keçirilən anım mərasimləri çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasında, Sefarad, eyni zamanda, Avropa yəhudiləri sinaqoqlarında, həmçinin Bakı Krişna Şüuru və Baptistlərin “Aqape” dini icmalarında ayinlər icra edilib.

Tədbirlərdə faciənin mahiyyəti vurğulanaraq, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlər qınanılıb. Vurğulanıb ki, tarixi faktların araşdırılması, hadisələrin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması və faciənin beynəlxalq səviyyədə tanıdılması mənəvi borc kimi qəbul edilməlidir.

Qeyd olunub ki, Azərbaycanda mövcud olan dini müxtəliflik və qarşılıqlı etimad mühiti milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Müxtəlif konfessiyalara mənsub icmaların taleyüklü məsələlərdə ortaq mövqe sərgiləməsi cəmiyyətimizin yüksək mənəvi dəyərlərə əsaslandığını göstərməklə yanaşı, ümumbəşəri prinsiplərə sadiqliyinin aydın ifadəsidir.

ФОТО

Dini ibadətgahlarda anım mərasimləri keçirildi — 1
Dini ibadətgahlarda anım mərasimləri keçirildi — 2
Dini ibadətgahlarda anım mərasimləri keçirildi — 3
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Все новости