Hacı Surxay Məmmədli İlham Əliyevə təbrik məktubu ünvanladı

Hacı Surxay Məmmədli İlham Əliyevə təbrik məktubu ünvanladı
07.11.2025 09:20

8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV müraciəti təqdim edir:

“8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.

Biz din xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir, şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.

Bir daha Zəfər Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!” 

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər