Bazarlarda kartof niyə bahalaşıb?

Bazarlarda kartof niyə bahalaşıb?
13.01.2026 18:01

Son günlər bazarlarda kartofun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Əhalinin gündəlik tələbatında xüsusi yer tutan bu məhsulun bahalaşması istehlakçılar arasında narahatlıq yaradıb.

Qiymət artımının səbəbləri ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əsas amillərdən biri bu il kartof istehsalında məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olmasıdır:


"Ümumilikdə kartof digər məhsullarla müqayisədə daha az idxal edilən məhsul kateqoriyasına daxildir. Lakin bu il kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və tələbin təklifi üstələməsi bazarda qiymət artımına səbəb olub. Bunun nəticəsində daxili tələbatı ödəmək üçün kartof yaxın ölkələrdən idxal edilir".

Ekspert qeyd edib ki, bəzi ölkələrdə kartofun maya dəyəri daha ucuz başa gəlir və bu da idxalı cəlbedici edir. Lakin bu yanaşma yerli istehsala mənfi təsir göstərə bilər:

"Bəzi işbazlar qiymət artımından sui-istifadə edərək idxala daha çox üstünlük verirlər. Amma bu, nə iqtisadi prinsiplərə, nə də vətəndaşların damaq zövqünə uyğundur. Gədəbəy, Tovuz, Qazax kimi bölgələrdə qara torpaqda yetişdirilən kartofla müxtəlif qatqı gübrələrindən istifadə olunan idxal kartofu eyni deyil. Yerli sahibkarları və kənd təsərrüfatı ilə məşğul olan insanları ucuz idxal məhsulu hesabına bazardan sıxışdırıb çıxarmaq düzgün yanaşma deyil".

İqtisadçının sözlərinə görə, idxal olunan kartof yerli məhsulla eyni qiymətə təklif edilsə belə, bu, uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli hesab edilmir. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
09 августа 2026
Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq 21:26 Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ 01:31 Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI 01:52 Diametri 330 metr olan asteroid Yerin yaxınlığından keçəcək 01:59 Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Все новости