Bakıda bəzi ərazilər işıqsız qalacaq

Bakıda bəzi ərazilər işıqsız qalacaq
13.07.2026 08:31

İyulun 13-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Eldar Ağayev, Mehman Bünyadzadə, Qızıl Şərq küçələrinin bir hissəsini əhatə edəcək.

Həmçinin Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində (KTM) görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Şərq və Birlik küçələri gərginliksiz qalacaq.

Paytaxtla yanaşı Abşeron rayon ərazisində də iyulun 13-də fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə KTM-i qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.

Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 июля 2026
Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır 10:29 Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı? 10:20 Скандальная верующая женщина объявила войну Азербайджану: «Мы совершили хиджру из Азербайджана в Иран ради спокойной жизни...» 10:16 Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq 09:49 Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 09:44 Запад охватил страх перед Турцией — то, что всплыло на свет в мрачном сценарии... 09:39 Глава государства заявил о значимости Азербайджана как транспортного коридора 09:39 Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışdı 09:32 Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi - YENİLƏNDİ 23:31 Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır" 09:13 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək - CANLI 08:58 Ученые предупреждают: леса Амазонии могут утратить способность поглощать углерод 08:33 Bakıda bəzi ərazilər işıqsız qalacaq 08:27 IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır 08:22 США снова нанесли удар по Ирану – ситуация в Ормузском проливе накаляется 08:19 Yusif Dursunov qızıl medal qazandı 01:49 Diabet özünü əvvəlcə bu əlamətlərlə göstərir - Mütəxəssislər açıqladı 00:07 Все новости