Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı

Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı
06.07.2026 17:51

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", - AZAL-dan bildirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июля 2026
Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır 20:59 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazi qazsız qalacaq 20:30 Mərdəkanda dənizdə 4 nəfər batdı: 2 nəfər xilas edildi 20:47 “Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı 20:26 Valideynlər üçün VACİB XƏBƏR - Sabah saat 11:00-da start verilir 20:20 Tramp özünü Teylor Sviftdən üstün saydı - VİDEO 20:05 “Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Каспийское море «выплевывает» яд — Что сливается в море? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 Все новости