Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO

Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO
24.07.2026 10:27

Ötən gün Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü idi. 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olan Rəşad Saləddin oğlu Atakişiyev ilk təhsilini Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində təhsil alıb, uçuş mühəndisi ixtisasına yiyələnib, pilot kimi fəaliyyətə başlayıb. 2019-cu il iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu ilin 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli kürəkəni – şəhid pilot R.Atakişiyevin təyyarəsinin Xəzər dənizinə düşməsi hadisəsi ilə bağlı bəzi məqamları Medianews.az-a açıqlayıb.

O, pilotun komandirinin söylədiklərinə istinad edərək, həmin gün şərti düşmənin məhv edilməsi üçün təlimlər keçirildiyini dilə gətirib:

“Hərbi hissə komandiri bildirib ki, həmin vaxt real döyüş şəraitinə uyğun təlim keçirilib. Təlim zamanı şərti düşmən təyyarəsinin vurulması Rəşad Atakişiyevə tapşırılıb. O, şərti düşmən təyyarəsinin ətrafında 360 dərəcə dövrə vurduqdan sonra top atəşi ilə hədəfi məhv edib. Komandir əməliyyatın uğurla başa çatdığını söyləyərək hər üç pilota bazaya dönmək əmri verib. İki təyyarənin pilotu əmrə reaksiya verib və bazaya geri döndüyünü bildirib. Lakin Rəşadın təyyarəsindən hər hansı cavab verilməyib. Komandir yenə rabitə əlaqə vasitəsi ilə bazaya qayıtmaq barədə əmr verib və əmrin eşidilib-eşidilmədiyini soruşub. Yenə də Rəşadın təyyarəsindən əmrə hər hansı cavab verilməyib. Dərhal hərbi hissə ilə əlaqə saxlanılıb və bildiriblər ki, Rəşadın təyyarəsi radarlardan bir an öncə itib. Bundan sonra digər təyyarələr uçuş aparılan ərazidə bir neçə dövrə vurublar, yanacaq az olduğuna görə bazaya qayıdıblar. Axtarış helikopterləri və əlavə təyyarələr havaya qaldırılıb, təlim akvatoriyası araşdırılıb, amma Rəşadın təyyarəsinin izinə rast gəlinməyib. Təxminən bir ay davam edən axtarışlardan sonra təyyarənin Xəzər dənizinə düşdüyü yer müəyyən olunub, həm Rəşadın nəşi, həm də təyyarənin qara qutusu tapılıb”.

Baş vermiş hadisədə xarici ölkə izinin olub-olmamasına aydınlıq gətirən politoloq Q.Hüseynli bildirib ki, təyyarə deyildiyi kimi quş sürüsünə çırpılmayıb, ona kənardan müdaxilə olunub, uzaq məsafədən atəş açılıb:

“Rəşad Atakişiyevin həmin gün idarə etdiyi MiQ-29 təyyarəsi yeni təmirdən çıxmışdı. Hərbi nəqliyyat vasitəsində hər hansı texniki nasazlıq yox idi. Üstəlik, pilot Rəşad Atakişiyevin peşəkarlığına söz ola bilməzdi. Onun kimi peşəkar ikinci pilot tanımıram. Müdafiə Nazirliyi təyyarəyə kənardan müdaxilə faktını önə sürmüş, təyyarənin quş sürüsü ilə rastlaşdığını bildirmişdi. Əgər quş sürüsü ilə rastlaşma varsa, pilot bunu dərhal bilir və təyyarəni xilas etməyin mümkünsüzlüyünü başa düşərək katapult edir. Nəticədə texnika sıradan çıxsa da pilot özünü qoruyub saxlaya bilir. Lakin təəssüf ki, bu, belə olmayıb. Ona görə də ehtimal edirəm ki, təyyarəyə quş sürüsü çırpılmayıb, ona kənardan hansısa formada müdaxilə olunub, uzaq məsafədən atəş açılıb. Məhz bu atəş nəticəsində hərbi təyyarə sıradan çıxmaqla yanaşı, pilot ölümcül xəsarət alıb. Prokurorluq və Müdafiə Nazirliyinin apardığı araşdırmalarda isə gəlinən qənaət budur ki, təyyarə quş sürüsü ilə qarşılaşıb, quşların təyyarənin pərlərinə daxil olması nəticəsində texnika sıradan çıxıb”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июля 2026
İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA 13:43 Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişdi 13:32 Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq 13:21 Ukrayna Rusiyanın hərbi zavodunu və neft obyektini vurdu: Zelenski açıqladı - VİDEO 13:10 Bu dövlət qurumu ləğv edilir 13:03 Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO 12:54 İsti hava şəraiti davam edəcək? - SABAHIN HAVASI 12:51 Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 СРОЧНО: Польша и Германия начали совместную операцию на границе с Россией 12:04 Уголовное дело в лицее «Идрак» пройдет в закрытом режиме — РЕШЕНИЕ 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Цена азербайджанской нефти превысила 109 долларов 11:38 План на миллионы для Родри: сильный ход от «Реала» 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 СРОЧНО: В Баку столкнулись два пассажирских автобуса, есть пострадавшие 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 МЧС обратилось к населению в связи с жарой 10:48 Ахад Абыев открыл багажник, а он был полон «пачками» долларов: “Я пойду, Рамиз-муаллим ждёт”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Все новости