Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı

Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı
15.07.2025 12:19 Siyasət

Baku Network (BN) analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirərək bir sıra tədbirlər keçirib.

TodayPress TV xəbər verir ki, Parisdə təşkil olunan sərgi çərçivəsində BN ictimaiyyətə şəhid-jurnalistlərlə bağlı materialları təqdim edib.

Həmçinin, UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimat zamanı, 47-ci Dünya İrs Komitəsinin sessiyası çərçivəsində çıxış edən BN rəhbəri Elçin Ağacanov bildirib ki, azərbaycanlı jurnalistlər Qarabağda erməni təcavüzünün qurbanı olublar və peşə borcunu yerinə yetirərkən həlak olublar.

Tədbir iştirakçılarına şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər də paylanılıb. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Bu məsələnin Fransanın paytaxtında müzakirəyə çıxarılması, peşə borcunu yerinə yetirərkən həlak olan azərbaycanlı jurnalistlərin taleyi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm addım olub.

Sərginin açılışında nitqlə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Ermənistanla Azərbaycan arasında 30 illik münaqişənin fəsadlarından söz açıb.

Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayaraq, 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən və ilk şəhid jurnalist olan Salatın Əsgərovanı, habelə 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nümayəndələrini və nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan vertolyotda həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, habelə Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevi qeyd etmişdir. Bununla yanaşı, 2021-ci ildə Kəlbəcərdə AZTV və Azərtac əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun mina qurbanları olduğunu qeyd edərək, azərbaycanlıların bugün də mina təhlükəsi altında yaşadıqlarını vurğulamışdır.

Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirmiş və onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanın bugün olduğu kimi sürətlə yayılmaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə etmişdir. Şəhid jurnalistlərə həsr edilən bu təşəbbüsə görə “Trend” İnformasiya Agentliyi və “Baku Network” Analitik Mərkəzinə təşəkkür etmişdir.

"La Gazette du Caucase" qəzetinin baş redaktoru Jan-Mişel Brün öz növbəsində qeyd edib ki, Qarabağda jurnalistlər erməni təcavüzünün hədəfinə yalnız öz peşə borclarını yerinə yetirirdiklərinə görə çevriliblər.

“Bəzi ölkələr artıq müharibə qanunlarına əməl etmir. Onlar dinc əhalini bombalayır, xəstəxanaları və məktəbləri dağıdır, piyada əleyhinə minalar yerləşdirirlər. Bu gün Yaxın Şərqdə baş verənlər — eynilə Qarabağ müharibəsi dövründə də baş vermişdi. Bu gün xatirəsini andığımız jurnalistlər təsadüfən həlak olmayıb. Onlar məhz jurnalist olduqları üçün öldürülüblər”, – deyə o vurğulayıb.

Jan-Mişel Brün senzura, manipulyasiya və redaksiya qadağaları vasitəsilə jurnalistlərə qarşı təzyiqlərin daha incə formalarına da diqqət çəkib. Misal olaraq o, fransalı jurnalist Lizron Budul ilə bağlı hadisəni qeyd edib. Onun sözlərinə görə, Budulun Qarabağla bağlı reportajı efirdən çıxarılıb, çünki o, rəsmi versiyayla təzad təşkil edirdi . Digər hadisə Fransanın nüfuzlu nəşrində çalışan müxbirlə bağlı olub. O, Azərbaycan ordusu barədə saxta məlumatlardan istifadə edib ki, redaksiyanın gözləntilərinə uyğun gəlsin. Sonradan həmin jurnalist bunun yalan olduğunu etiraf edib. Onun sözlərinə görə, əgər bunu etməsəydi, onun məqaləsi dərc olunmayacaqdı.

Daha sonra tədbirdə çıxış edən BN rəhbəri Elçin Ağacanov bildirib ki, həmin jurnalistlər erməni separatçıları və terrorçuları tərəfindən təsadüfən deyil, həqiqəti söylədikləri üçün qətlə yetirilib.

“Mən onları qəhrəman adlandıracağam, baxmayaraq ki, onlar heç də qəhrəmanlığa can atmırdılar. Onlardan heç biri ölümə can atmamışdı. Onlar sadəcə öz işlərini görürdülər. Bu on üç nəfər hədəfə çevrildi, çünki söz – güllədən qorxuludur. Çünki dağıdılmış evin çəkilmiş şəkli yalanı alt-üst edə bilər. Çünki dəqiq reportaj cinayətin gizləndiyi qaranlığı ifşa edir”, – deyə o bildirib.

E. Ağacanov vurğulayıb ki, həmin on üç jurnalist tüstü arasından görə bilən gözlər, ağrını susdurmağa imkan verməyən səslər idilər.

“Bu jurnalistlər təkcə güllələrlə deyil, həm də yalanla mübarizə aparırdılar. Təhriflə, saxtakarlıqla. Onlar “feyklərə” qarşı vuruşurdular. Onların qarşısında sifəti olmayan bir düşmən dururdu – yalnız kölgələr. O düşmən ki, qorxunu və təşvişi təkcə silahla deyil, həqiqətin təhrif edilməsi ilə də yayır. Bu on üç nəfər gözəgörünməz cəbhədə döyüşürdü. Və geri çəkilmədikləri üçün həlak oldular”, – deyə o qeyd edib.

BN analitik mərkəzinin proqram direktoru Sahil Kərimli Baku Network şəhid jurnalistlərimizin sərgisini ilk dəfə, özü də müəyyən çətinliklərlə və süni maneələrlə üzləşərək Avropada – Ermənistanın qatı müdafiəçisi olan Fransanın paytaxtı Parisdə təşkil etməyi bacardığını diqqətə çatdırıb.

S.Kərimli peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsinin müəyyən dövrlərdə ayrı-ayrılıqda və lokal şəkildə anıldığını vurğulayıb.

"Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda və arealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarından ibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilis dillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeyd edilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib və bu günkü sərginin iştirakçılarına paylanılır",-deyə o bildirib

Kərimli Fransanın daim ermənipərəst siyasət yürütdüyün, işğalçı Ermənistanı müdafiə etdiyini diqqətə çatdırıb.

Belə bir şəraitdə Parisdə belə bir sərginin keçirilməsi müəyyən çətinliklər və maneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi, çap məhsullarının sərhəddən keçirilməsi də müəyyən risklər yaradırdı. Amma biz bu çətinlikləri dəf etdik və hədəfə uğurla çata bildik.

Qeyd edək ki, tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanın əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili” adlı Baku Network layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Sonda tədbirlərin keçirilməsinə şərait yaratdıqlarına görə, Azərbaycan XİN-in UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Fransadakı səfirliyinə və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasına dərin təşəkkürümüzü bildiririk.

(Trend)

FOTOLAR

Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 1
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 2
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 3
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 4
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 5
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 6
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 7
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 8
Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıldı — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Bütün Xəbərlər