Millət vəkili: "2026-cı il Azərbaycan və Ermənistan arasında sülh ili ola bilər"

Millət vəkili: "2026-cı il Azərbaycan və Ermənistan arasında sülh ili ola bilər"
24.10.2025 15:51 Siyasət

"Azərbaycan və Ermənistan heç vaxt indiki qədər sülh müqaviləsinin imzalanmasına yaxın olmayıblar".

Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu vəziyyəti şərtləndirən əsas amil iki dövlət arasında etimad mühitinin möhkəmlənməsi istiqamətində atılan ciddi addımlardır. O xatırladıb ki, 8 avqustda Vaşinqtonda keçirilən yüksək səviyyəli danışıqlar və əldə olunan razılaşmalar belə bir etimad mühitinin formalaşmasında həlledici rol oynayıb. Bu məntiqlə atılan son addımlar da eyni məqsədə – sülhün reallaşmasına xidmət edir. 

"Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı bəyan edib ki, Ermənistanın tranzit yüklərinə tətbiq edilən məhdudiyyətlər tam şəkildə aradan qaldırılır. Bunun sübutu kimi, Qazaxıstandan taxıl Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Bunun qarşılığında Ermənistanın Baş naziri Nikol Paşinyan da Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda Azərbaycan Prezidentinə təşəkkür edib və bəyan edib ki, Ermənistan da Türkiyə mallarının öz ərazisindən tranzit keçidinə heç bir maneə qoymayacaq. Bu yolla, Azərbaycan yükləri də Ermənistan üzərindən Naxçıvana və Türkiyəyə çatdırılacaq", - deyə parlamentari vurğulayıb.

O əlavə edib ki, bu təşəbbüslərin ardınca Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin İrəvanda iki günlük görüşü baş tutub və tərəflər sülh prosesinin irəli aparılması ilə bağlı fikir mübadiləsi apararaq, bu cür təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

E.Nəsirov hesab edir ki, bütün bu addımlar sülh prosesinin məntiqi sonluğa çatması üçün ciddi imkanlar pəncərəsi açır.

“İnanmaq istəyirik ki, 2026-cı il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı il kimi tarixə düşəcək", - deyə o fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Bütün Xəbərlər