Ərdoğan Zəfər Günü paraddan DÜNYAYA MESAJ VERƏCƏK!

Ərdoğan Zəfər Günü paraddan DÜNYAYA MESAJ VERƏCƏK!
05.11.2025 13:28

"Noyabrın 8-də Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi Azərbaycan və Türkiyənin birlikdə verəcəyi sülh, inteqrasiya və əməkdaşlıq mesajı olacaq".

Milli məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər həm regional, həm də transregional miqyasda iqtisadi, sosial və mədəni əməkdaşlıq üçün geniş perspektivlər açıb:

"Zəfər paradı bir daha nümayiş etdirəcək ki, bu əməkdaşlıq və təhlükəsizliyi təmin edən güclü Azərbaycan Ordusu var. Qardaş Türkiyə isə hər zaman olduğu kimi Azərbaycanın yanındadır və regionda böyük sərmayələri, logistika imkanlarını, nəqliyyat marşrutlarının təhlükəsizliyini qorumağa hazırdır".

Millət vəkili sonda bildirib ki, bu tədbirdə veriləcək sülh mesajı qlobal informasiya məkanında da məhz bu məntiqlə qəbul olunacaq.

Qeyd edək ki, Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi gözlənilir. 

Aysel Mətləb

ФОТО

Ərdoğan Zəfər Günü paraddan DÜNYAYA MESAJ VERƏCƏK! — 1
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости