Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşündə razılaşmalar açıqlandı

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşündə razılaşmalar açıqlandı
23.11.2025 13:51

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə APA-ya Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İskəndərli məlumat verib.

Ramil İskəndərli deyib ki, 21-22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri həyata keçirilib: “Bu səfər çərçivəsində iki gün Ermənistan və Azərbaycan tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirildi. Bu təşəbbüsdə Ermənistandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan və azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Fuad Abdullayev və mən iştirak etmişik. Bu prosesin keçən ay İrəvanda başlandığını nəzərə alaraq, artıq Bakı görüşündə bu təşəbbüsün konkret bundan sonra öz adı ilə bir fəaliyyət göstərməsi barədə qərar verilib. Bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq. Bundan başqa, görüş zamanı Azərbaycan və Ermənistan arasında ümumiyyətlə normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər müzakirə olunub. Sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də ayrıca müzakirələr aparılıb”.

Azərbaycan və Ermənistan mediaları arasında əlaqə qurulacaq

Ramil İskəndərli görüşdə media sahəsində sahəsində əlaqələrinin qurulmasının intensivləşdirilməsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da açıqlayıb: “Eyni zamanda razılığa gəlinib ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri barədə də razılıq əldə olunub. Həmçinin davam edən sülh prosesi çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Hesab edirəm ki, bu görüşün əsas fərqli cəhəti odur ki, nəticə yönümlü oldu, sadaladığım razılaşmalar əldə edildi, qərarlar verildi”.

Hikmət Hacıyev erməni ekspertlərin suallarını cavablandırıb

“Sülh Körpüsü” Təşəbbüsü nün üzvü nəzərə çatdırıb ki, “Sülh körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb: “Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi şəraitdə bir görüş keçirdi, fikir mübadiləsi apardı. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olundu, həmçinin sualları da cavablandırdı. Bu, proqramın rəsmi tərəfi idi”.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri Bakını gəziblər

O bildirib ki, proqramın qeyri-rəsmi, mədəni tədbirlər hissəsi də həyata keçirilib: “Bu çərçivədə Bakıya səfər etmiş qonaqlar müxtəlif yerlərə - Botanika bağına səfər etdilər, Şirvanşahlar sarayı, Qız qalası da daxil olmaqla, İçərişəhərə tur həyata keçirildi. Dənizkənarı bulvar ərazisində də gəzinti təşkil edildi, Nizami küçəsində də oldular. Kukla teatrı, Kiçik Venesiya zonası ilə də yaxından tanış oldular. Proqramın ikinci günündə onlar Ağ şəhərə səfər etdilər. Onların marağına səbəb olacaq bir arxitektura ilə tanış oldular. Bu proqramın əsas mədəni hissələrindən biri də Heydər Əliyev Mərkəzinə səfər idi. Qonaqlar orada həm daimi, həm də müvəqqəti sərgi kompozisiyaları ilə tanış oldular, Heydər Əliyevin həyat yolunu göstərən zonaya baş çəkdilər. Bu səfərin həm rəsmi, həm də qeyri-rəsmi mədəni hissəsi böyük maraqla qarşılandı”.

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər