Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE
27.07.2026 14:11 Siyasət

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Məmməd oğlu Əliyev vəzifəsindən geri çağırılaraq İstanbul şəhərinə baş konsul təyin edilib.

TodayPress TV diplomatın tərcümeyi-halını təqdim edir:

Zamin Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2002-ci ildə isə magistr təhsilini başa vurub. Türk, ingilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.

O, diplomatik fəaliyyətinə 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsində referent və attaşe kimi başlayıb. 2005–2008-ci illərdə ölkəmizin Macarıstandakı Səfirliyində attaşe və üçüncü katib, 2008–2011-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü və ikinci katib vəzifələrində çalışıb.

2011–2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olan Zamin Əliyev, 2017–2020-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri kimi fəaliyyətini davam etdirib.

Daha sonra XİN-in İkinci Avropa idarəsinin rəis müavini (2020–2021), eləcə də Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini (2021–2024) postlarını tutub.

Prezident İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Qars şəhərində baş konsulu təyin olunan diplomat, dövlət başçısının yeni Sərəncamı ilə bundan sonra fəaliyyətini Azərbaycanın İstanbul şəhərindəki baş konsulu kimi davam etdirəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Bütün Xəbərlər