ABŞ–Rusiya–Çin anlaşması: Böyük masada YENİ BÖLGÜ

ABŞ–Rusiya–Çin anlaşması: Böyük masada YENİ BÖLGÜ
03.01.2026 15:36

“ABŞ, Rusiya və Çin arasında artıq qeyri-rəsmi razılaşma formalaşıb və bu razılaşma çərçivəsində tərəflər bir-birinin əsas maraq zonalarına müdaxilə etməmək barədə anlaşmaya gəliblər. Mövcud proseslər göstərir ki, hələlik rəsmi sənəd, kağız üzərində razılaşma yoxdur, amma yeni Potsdam–Yalta–Helsinki modeli praktikada artıq işləməyə başlayıb”.


TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə, formalaşan geosiyasi konfiqurasiyada Rusiya və Çin Amerika qitəsindən geri çəkilir, İranı əvvəlki kimi qorumaqdan imtina edir, ABŞ isə Rusiyanın Ukrayna, Çinin isə Tayvan istiqamətində atacağı addımlara birbaşa müdaxilə etməmək xəttini seçir. 

“Nəticədə İran Avropa üçün Rusiyanı qismən əvəz edən əsas aktora çevrilir. Avropa İttifaqının dərin və sistemli böhrandan çıxışı üçün İran həm böyük bazar, həm də Avropaya daha uyğun logistik imkanlara malik enerji mənbəyi kimi mühüm rol oynayır. İran bu baxımdan Rusiyadan geri qalmır, bəzi sahələrdə isə daha çevik imkanlar təklif edir”, – deyə o qeyd edib.

Natiq Cəfərli vurğulayıb ki, Venesuela məsələsinin qısa müddətdə həllini tapması ABŞ üçün, xüsusilə də Donald Tramp administrasiyası baxımından ciddi uğur hekayəsinə çevrilə bilər:

“Beynəlxalq hüquq baxımından bu proseslər qanunsuzdur, lakin artıq hüququn real təsir gücü qalmayıb. Venesueladan sonra növbəti mərhələdə Kuba ilə bağlı oxşar ssenarinin işə düşməsi mümkündür”.

Ekspertin fikrincə, İranla bağlı tez-tez səsləndirilən “dəyişəcək” tezisi artıq geridə qalıb:

“İran artıq dəyişib. Bu, 10–15 il əvvəlki İran deyil. Regiondakı uzantıları mərhələli şəkildə sıradan çıxarılıb: Suriya itirilib, Livanda təsir minimuma enib, İraqda mövqelər zəiflədilib. İranın ‘dərin dövləti’ bunu anlayaraq dəyişikliklərin simvolu kimi Pezeşkiyanı önə çıxardı. İndi İran ABŞ-yə deyil, Avropaya açılacaq. “Keçmiş yoldan asılılıq” prinsipi işə düşür və bu prosesdə Britaniya ilə Fransa əsas oyunçulara çevrilir”.

Onun sözlərinə görə, ABŞ İrana kənardan hərbi və ya siyasi müdaxilədən çəkinməlidir:

“Əgər ABŞ və İsrail İrana qarşı hərbi müdaxilə qərarı versələr, bu, əslində, mövcud rejimin qalmasına xidmət edəcək. Xarici müdaxilə İran cəmiyyətini daxildə birləşdirəcək və dəyişiklik tələbini boğacaq”.

Natiq Cəfərli əlavə edib ki, hazırkı konfiqurasiyada ən qeyri-müəyyən mövqe Rusiyaya məxsusdur:

“Rusiya ayrıca güc mərkəzi kimi böyük masada yer almaqda çətinlik çəkir. Ya ABŞ, ya da Çinlə birlikdə hərəkət etməlidir. Rusiya biznes elitası ABŞ-yə, hərbi elitası isə Çinə meyillidir. Hansı “Kreml qülləsinin” qalib gələcəyini zaman göstərəcək”.

Ekspert hesab edir ki, bu miqyasda tektonik dəyişikliklər fonunda Ukrayna məsələsi böyük oyunların kiçik epizoduna çevrilir:

“Pokrovskun və ya Qulaypolenin kimin nəzarətində olmasının qlobal masa üçün əhəmiyyəti qalmayıb. Böyük oyunçular artıq öz paylarını alıblar və ya almaqdadırlar. Bu vəziyyətdə Ukrayna xalqı faktiki olaraq tək qalır və bu ağır durumdan çıxışı özü tapmalı olacaq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 Все новости