ABŞ vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırdı
15.06.2025 22:00

ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

“ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, – bildirişdə qeyd olunub.

Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-nin maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

“Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər”, – virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. “ABŞ-nin Bakıdakı səfirliyi bunu təşkil etməlidir”, – bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşları ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xatırladaq ki, xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər