"Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə

"Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə
23.06.2026 21:10

Məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur.

TodayPress TV xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

DİM sədri diqqətə çatdırıb ki, şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur:

"Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır".

Məleykə Abbaszadə eyni zamanda əlavə edib:

"Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".

O, həmçinin imtahan suallarının proqramdan kənar olması iddialarına da cavab verib:

"Bizdə sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb. Ümumiyyətlə imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün "ictimai ekspertiza" başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, "bu sual dərslikdə yoxdur". "Proqramdan kənardır" yox, "məktəbdə keçməmişik", "proqramda var, amma keçməmişik" kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Nəticə etibarilə, dərslikdən kənar və ya proqramdan kənar sualın olması ilə bağlı bizdə hər hansı hal qeydə alınmayıb və ümid edirik ki, gələcəkdə də olmayacaq".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Ərdoğan: "Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik" 21:02 "Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı 20:57 İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü 20:38 Cozef Aun: "Beşinci raund həlledici ola bilər" 19:47 Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur 20:28 Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan 20:18 Все новости