Bu şəxslərin diplomu tanınmadı: SƏBƏB...

Bu şəxslərin diplomu tanınmadı: SƏBƏB...
16.04.2026 14:25

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

Bu barədə TodayPress TV-yə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür”, - məlumatda deyilir.

Ölkələr üzrə Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşa Respublikasından 27, İtaliya Respublikasından 21, Macarıstandan 19, Almaniya Federativ Respublikasından 12, Belarus Respublikasından 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreya Respublikasından 9, Qazaxıstan və Çin Xalq respublikalarının hər birindən 6, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan respublikaları və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Bütün Xəbərlər