ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin"
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Con Deniel Keyn Ağ Evə İranla müharibəni başa çatdırmağı təklif edib.
TodayPress TV xəbər verir ki, "CNN"in məlumatına görə, Keyn artıq bir neçə həftədir ABŞ administrasiyasını İranla münaqişəyə son qoymağa inandırmağa çalışır.
Amerikalı generalın fikrincə, ABŞ ordusunun İrana qarşı hərbi imkanları böyük ölçüdə tükənib. O hesab edir ki, hücumların davam etdirilməsi yalnız raket və digər döyüş sursatı ehtiyatlarının azalmasına səbəb olur.
Məlumata görə, Keyn vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə bir neçə dəfə görüşüb.
General bu görüşlər zamanı mövqeyini ABŞ rəhbərliyinə çatdırıb və məlumatların prezident Donald Trampa təqdim olunmasını istəyib.
Türkan İsgəndərli