Məktəbəqədər təhsildə yer qıtlığına həll: Özəl bağçalara dövlət dəstəyi

Məktəbəqədər təhsildə yer qıtlığına həll: Özəl bağçalara dövlət dəstəyi
27.11.2025 17:08

“2025-2026-cı tədris ili üçün 63 özəl məktəbəqədər təhsil müəssisəsinə qrant ayrılması məktəbəqədər təhsil sahəsində əlçatanlığın artırılması baxımından ən çevik həll mexanizmlərindən biri hesab olunur”.

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.


O bildirib ki, son beş ildə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 17%-dən 38-40%-ə yüksəlsə də, bu göstərici Avropa ölkələri ilə müqayisədə hələ də aşağıdır. Estoniyada 91%, Finlandiyada 87%, Polşada 79%, Türkiyədə isə 55-60% olan cəlb səviyyəsi Azərbaycanın bu sahədə əsas çatışmazlığının hələ də əlçatanlıq və yer qıtlığı olduğunu göstərir.

““Məktəbəqədər Təhsil haqqında” Qanunun 4.0.4-cü maddəsinə görə, dövlət məktəbəqədər təhsilin əlçatanlığını təmin etməlidir. Lakin bir çox ərazilərdə dövlət bağçalarının doluluğu 95-100%-ə çatır, bəzi yaşayış massivlərində isə yüzlərlə uşaq yerlərin məhdudluğu səbəbindən növbədə qalır. Yeni bağça tikintisinin həm bahalı, həm də vaxt aparan proses olduğunu vurğulayan ekspert qeyd edib ki, 6-12 milyon manatlıq investisiya və 2-3 illik tikinti müddəti ilə müqayisədə özəl bağçalara qrant ayrılması daha sürətli və səmərəli nəticə verir”.

Ekspertin sözlərinə görə, qrant mexanizmi həm valideyn yükünü azaldır, həm də dövlət bağçasına qəbul ola bilməyən ailələr üçün real alternativ yaradır:


“Aylıq təhsil haqqının 250 manatının dövlət tərəfindən ödənilməsi məktəbəqədər təhsili həm daha əlçatan edir, həm də keyfiyyətli özəl bağçalara əlavə uşaqlar qəbul etmək üçün stimul yaradır. Polşa və Estoniyada tətbiq olunan analoji mexanizmlər məktəbəqədər təhsilə cəlb səviyyəsini 12-18% artırıb ki, bu da Azərbaycanın seçdiyi modelin beynəlxalq təcrübəyə uyğun olduğunu göstərir”.

Kamran Əsədov bəzi vətəndaşların dövlət vəsaitinin yalnız dövlət bağçalarına yönəldilməsinin daha doğru olduğu barədə fikirlərinə də münasibət bildirib:

“Bu yanaşma emosional baxımdan başadüşüləndir, lakin struktur baxımdan doğru deyil. Dövlət bağçasının tikintisi uzunmüddətli kapital xərci tələb edir. Qrant isə operativ mexanizmdir və nəticə dərhal görünür. Qrant mexanizmi dövlət bağçalarının inkişafını əvəz etmir, əksinə, paralel həyata keçiriləndə sistemin ümumi gücünü artırır. Elm və Təhsil Nazirliyinin məqsədi dövlət sektorunu deyil, mövcud boşluğu özəl sektorun potensialı hesabına daha tez doldurmaqdır. Bu yanaşma həm “dövlət-özəl tərəfdaşlığı” modelinə uyğundur, həm də büdcə yükünü optimallaşdırır. Dəyişəcək əsas istiqamət məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsi və valideyn yükünün azalması olacaq. Uzunmüddətli mərhələdə isə dövlət bağçalarının sayının artırılması, qrup doluluğunun normallaşdırılması, kadr hazırlığının gücləndirilməsi və özəl sektorun daha ciddi akkreditasiyadan keçirilməsi vacibdir”.

Ekspert əlavə edib ki, bu qərar həm sosial bərabərliyi gücləndirir, həm əlçatanlığı artırır, həm də məktəbəqədər təhsildə real struktur boşluqları operativ şəkildə aradan qaldırır. Elm və Təhsil Nazirliyinin bu siyasəti çevik və beynəlxalq standartlara uyğun bir model kimi sistemə müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsinə (bağça) Elm və Təhsil Nazirliyi tərəfindən qrant ayrılacaq.


Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Bu addım bir növ valideynlərə yardım məqsədi daşıyır və dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsinə dövlət dəstəyidir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 Все новости