Magistraturaya qəbulda esse tələbi: Hansı müsbət nəticələri olacaq?

Magistraturaya qəbulda esse tələbi: Hansı müsbət nəticələri olacaq?
16.07.2025 19:05

“Magistratura pilləsinə qəbul zamanı tətbiq olunan "esse" yazısı tələbələrin təkcə dil biliyini deyil, həm də analitik düşüncə və tədqiqat qabiliyyətlərini ortaya qoyur”.

Təhsil eksperti Elçin Əfəndi bu barədə TodayPress TV-yə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, magistratura elmi-tədqiqat yönümlü pillə olduğundan, bu mərhələyə qəbul zamanı namizədlərin təkcə nəzəri bilikləri deyil, həm də yaradıcılıq və araşdırma qabiliyyətləri qiymətləndirilməlidir:

“Esse” yazısı vasitəsilə magistraturaya namizədlərin xarici dil bilikləri və həmin biliklər əsasında analitik düşüncəsi, yaradıcılığı yoxlanılır. Onlar onsuzda elmi araşdırmalar aparmaq üçün xarici ədəbiyyatlardan istifadə edirlər. Bu baxımdan "esse" yazmaq onların hazırlıq səviyyəsini ölçmək üçün önəmli vasitədir”.

Təhsilçi bildirib ki, bu metodun bəzi çətinliklər də mövcuddur:

“Təcrübə göstərir ki, bəzi bakalavr məzunları "esse" yazmaqda tərəddüd edirlər. Bu da təcrübəsizlik və ya ilkin mərhələdə prosesə tam uyğunlaşmamaqla bağlıdır. Dövlət İmtahan Mərkəzi bu amilləri nəzərə alaraq qiymətləndirməni daha çevik və əlçatan şəkildə təşkil etməlidir”.

Mütəxəssis əlavə edib ki, “esse” mövzularının əvvəlcədən təqdim olunması və ya nümunələrin verilməsi tələbələrə istiqamət göstərə bilər. Bu, həm də onların elmi düşüncə tərzinin formalaşmasına töhfə verər.

“Esse" tələbələrin yalnız dil biliklərini deyil, həm də konkret bir mövzu üzərində düşünmək, nəticə çıxarmaq və fikrini ifadə etmək bacarığını ortaya qoyur. Bu baxımdan onun tətbiqi müsbət haldır və davam etdirilməlidir", - deyə Elçin Əfəndi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən müzakirələr zamanı bildirilib ki, gələcəkdə magistraturaya qəbulda "esse" yazısı məcburi ola bilər. Əgər bu dəyişiklik qəbul olunarsa, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə abituriyentlərə və ictimaiyyətə iki il öncədən məlumat verəcək.

Türkan İsgəndərli

FOTOLAR

Magistraturaya qəbulda esse tələbi: Hansı müsbət nəticələri olacaq? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər